Baş ofis (+99412) 5108665

Şəfayət Mehdiyev küç, 559-cu məhəllə,B/17

09.00-19.00 Bazar ertəsi – şənbə

Bazar araşdırmaları

Bazarın hərtərəfli, dərin təhlilinin aparılması yeni bazara çıxan, yaxud yeni sahəni mənimsəyən hər hansı biznesin əsas inkişaf mərhələlərindən biridir. Təhlil biznes qərarlarının reallaşdırılması üçün əsas qismində çıxış edir, çünki yeni fəaliyyət sahəsinin şəffaflığını təmin edir. Beləliklə, bazarın təhlili riskləri minimuma endirir və mənfəət əldə edilməsi baxımından biznesin potensialını artırır.    

Xidmətlərimiz

Biz bazarın ilkin təhlilindən istehlakçıların davranışı anlayışının formalaşdırılmasına və bazarda şirkətlərin mövqelərinin müəyyənləşdirilməsinə qədər marketinq xidmətlərinin tam spektrini təklif edirik. MBA LTD şirkətinin təqdim etdiyi xidmətlərin bir hissəsi: 

  • bazara çıxış strategiyasının işlənib hazırlanması: optimal üsulun və regionun seçilməsi;
  • bazarın həcminin, müştərinin şirkətinin payının qiymətləndirilməsi və rəqiblərlə müqayisədə inkişafın proqnozlaşdırılması;
  • istehlakçıların davranışının və qərarların qəbulu prosesinin təhlili;
  • alıcının portreti və onun meyllərinin təhlili;
  • potensial müştərilərin və işgüzar tərəfdaşların eyniləşdirilməsi və yerinin müəyyənləşdirilməsi; 
  • regionlar üzrə təhlil;
  • bazarın SWOT təhlilinin aparılması;
  • rəqiblərin tədqiqi;
  • əmtəələrin və xidmətlərin istehsalına və satışına verilən yerli tələblərin spesifikliyinin müəyyənləşdirilməsi;
  • satış və alış modellərinin və strategiyalarının tədqiqi;
  • məhsulun əsas buraxılışından əvvəl sınaq marketinq kampaniyasının aparılması;
  • satışların idarə edilməsinin autsorsinqi;
  • KİV-in monitorinqi.

Metodlarımız

Biz marketinq tədqiqatları apararkən əsas və əlavə mənbələrdən informasiyanı toplayır və sonradan təhlil edirik. Bu, müştərilərimiz üçün səmərəli qərarlar işləyib hazırlamağa kömək göstərir.

Əlavə informasiya mənbələri:

  • dövlət statistika təşkilatları;
  • informasiya agentlikləri  (informasiya xidmətlərinin tədarükçüləri);
  • çap kütləvi informasiya vasitələri;
  • hökumət nəşrləri;
  • xüsusi sorğular və nəşrlər;
  • məlumat bazaları;
  • internet;
  • cəmiyyətlər;
  • yerli hakimiyyət orqanları;
  • gömrük statistikası. .

İlkin informasiya mənbələri:

  • ekspertlər, bazar iştirakçıları, məmurlarla geniş müsahibələr;
  • alıcılar və müştərilərlə şəxsi müsahibələr;
  • telefon müsahibələri və sorğuları;
  • şəbəkə anket sorğuları və tədqiqatları.

Layihələrimiz

  • image
  • image
  • image
  • image
  • image