Baş ofis (+99412) 5108665

Şəfayət Mehdiyev küç, 559-cu məhəllə,B/17

09.00-19.00 Bazar ertəsi – şənbə

images
  • 7 Avgust 2017

Qeyri-yaşayış sahələrində icarə qiymətləri, II rüb 2017

Satış üzrə orta təklif qiymətləri

Əmlak bazarına icarə məqsədi ilə təklif olunan kommersiya obyektlərinin orta icarə qiymətləri 2017-ci ilin II rübü üzrə 7.83 $/kv.m qeydə alınıb ki, bu da öz növbəsində 2017-ci ilin I rübü ilə müqayisədə 1.66% artıb.

Son rüb ərzində kommersiya obyektlərinin seqmentləri arasında ən çox icarə qiymət dəyişikliyinə “zirzəmi” təyinatlı obyektlər məruz qalıb. Bu seqment üzrə 1 kv.m-in orta qiyməti 3.54% artaraq 3.39 $/kv.m təşkil edib. Digər seqmentlərə gəldikdə isə “xidmət” təyinatlı obyektlərdə icarə qiymətləri 2.63% artaraqq 6.47 $/kv.m, “ofis” təyinatlı obyektlərdə qiymətlər 2.81% artaraq 6.75 $/kv.m, “sənaye” təyinatlı obyektlərdə qiymətlər 2.22% artaraq 4.5 $/kv.m, “boş yer” və “mağaza” təyinatlı obyektlərdə isə icarə qiymətləri müvafiq olaraq 1.52% və 0.50% artaraq ayrı-ayrılıqda 7.87 $/kv.m və 18.02 $/kv.m bəndində qərarlaşıb.

DAHA ƏTRAFLI