Baş ofis (+99412) 5108665

Şəfayət Mehdiyev küç, 559-cu məhəllə,B/17

09.00-19.00 Bazar ertəsi – şənbə

image

Biznes planların hazırlanması

Biznesin planlaşdırılması. Korporativ strategiyanın, şirkətin rəqabət üstünlüklərinin realizəsinin işlənib hazırlanması

Bugün şirkətin investisiya cəlbediciliyi onun cari fəaliyyətinin və perspektivlərinin ən mühüm göstəricisidir. Bir sıra hallarda öz sahəsində əlverişli mövqeyə malik olan bəzi şirkətlər özlərinin investisiya cəlbediciliyi ilə öyünə bilmirlər.    

Konsaltinq şirkətimiz şirkətinizin fəaliyyətinin hərtərəfli tədqiqini aparmağa qadirdir, bu tədqiqat şirkətin fəaliyyətinin və gələcək inkişaf perspektivlərinin real vəziyyətini göstərməyə imkan verəcəkdir.     

Biz xidmətlərimizin bu istiqaməti çərçivəsində sizə aşağıdakıları təklif edirik:

  • Potensial bazarın strukturunu, həcmini və tələblərini müəyyən etmək məqsədilə marketinq tədqiqatları;
  • Marketinq, logistik, təşkilati, maliyyə məsələlərinin və mövcud biznesə inteqrasiya məsələlərinin işlənilməsini, habelə layihənin səmərəliliyinin müəyyənləşdirilməsini əhatə edən biznes-planın işlənib hazırlanması;     
  • Layihənin reallaşdırılması ilə bağlı risklərin təhlili, nəzərə alınması və onların azaldılması üzrə tədbirlərin işlənib hazırlanması;
  • Layihənin potensial investorlara və kreditorlara təqdimatı.

Mütəxəssisə müraciət et

Məsləhətçilərin xidmətlərindən niyə istifadə olunur?

Məsləhətçilər təşkilatda müəyyən problemləri uğurla həll etməyə qadir olan şəxslər çatışmadıqda dəvət oluna bilər.Bundan ötrü çox zaman məsləhətçinin, bir qayda olaraq, çoxundan daha yaxşı bələd olduğu xüsusi metod və üsullar lazımdır.

Bəzən təşkilatda zəruri vərdişlər və ixtisas olsa da, onun sahibləri və top-menecment yaranmış problem üzərində dərin və davamlı iş üçün sərbəst imkana malik olmur.

Hətta təşkilatdakı ən yaxşı adamlara belə şəxsi əlaqələr və mövcud ənənələr və dəyərlər çox güclü təsir göstərə bilər, bu da problemi olduğu kimi görməyə mane olur. Bir qayda olaraq, məsləhətçi sifarişçi təşkilatdan asılı olmur və onun daxili qarşılıqlı münasibətlərinə məruz qalmır. Təşkilatın üzvləri obyektiv olmadıqda o, kənardan təzə baxış təqdim edə və qərəzsiz qala bilir.

Məsləhətçinin işinin təlim səmərəsi ən vacibdir.Məsləhətçinin vəzifəsi təşkilata yeni biliklər və təcrübə gətirmək və menecerlərə və əməkdaşlara öz təcrübəsi əsasında öyrənməkdə kömək göstərməkdir. O, təşkilata öz-özünə kömək etməkdə kömək göstərir.