Baş ofis (+99412) 5108665

Şəfayət Mehdiyev küç, 559-cu məhəllə,B/17

09.00-19.00 Bazar ertəsi – şənbə

image

Mühasibat Uçotu

MÜHASİBAT XİDMƏTLƏRİ:

MBA Konsaltinq şirkəti mühasibat uçotu xidmətlərinin tam toplusunu təqdim edir. MBA Konsaltinq şirkətinin mühasibat xidmətləri təşkilatınızın fəaliyyəti prosesində yaranan bütün məsələlərə dair kompleks mühasibat müşayiətini təmin edir.    

MBA Consulting Group şirkətinin təqdim etdiyi mühasibat xidmətləri:

Biznes proseslərin autsorsinqi

  • Mühasibat uçotunun kompleks şəkildə aparılması
  • Maliyyə və vergi hesabatlarının hazırlanması
  • Daxili maliyyə hesabatlarının hazırlanması
  • Fiziki şəxslərin vergi hesabatlarının hazırlanması
  • MUBS standartları ilə hesabatların hazırlanması
  • Uçot sahələrinin autsorsinqi

  Uçotun metodiki müşaiyəti

  • Mühasibat və vergi uçotunun təşkili
  • Büdcələşdirmə sistemininin təşkili

  İnvestorlar üçün maliyyə nəzarəti

  Biznes proseslərin autsorsinqi

   Mühasibat uçotunun kompleks şəkildə aparılması

  • Müəssisələrin uçotunun aparılması;
  • Fərdi sahibkarların uçotunun aparılması;
  • Xarici nümayəndəliklərin uçotunun aparılması;
  • Uçotun bərpası.

Maliyyə və vergi hesabatlarının hazırlanması

  • Mühasibat hesabatlarının hazırlanması;
  • Vergi hesabatlarının hazırlanması;
  • Statistik hesabatlarının hazırlanması;
  • Hesabatların vergilər, pensiya fondu və statistika idarələrinə təqdim edilməsi.

Daxili maliyyə hesabatlarının hazırlanması

  • Sifarişçinin tələblərinə uyğun daxili maliyyə hesabatlarının hazırlanması;
  • Sifarişçinin tələblərinə uyğun daxili hesabat formalarının hazırlanması.

Fiziki şəxslərin vergi hesabatlarının hazırlanması

  • Mühasibat hesabatlarının hazırlanması;
  • Vergi hesabatlarının hazırlanması;
  • Hesabatların vergilər, pensiya fondu və statistika idarələrinə təqdim edilməsi.

MUBS standartları ilə hesabatların hazırlanması

  Mövcud hesabatların MUBS standartlarınin tələblərinə uyğun hazırlanması. Xolding və birliklərin hesabatlarının konsolidasiyası. Görülən işlərin nəticəsində MUBS standartlarınin tələblərinə uyğun olaraq aşağıdakı tərkibdə hesabatlar hazırlanır: 

  • Mühasibat balansı;
  • Mənfəət və zərər haqqında hesabat;
  • Pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
  • Kapitalda dəyişiliklər haqqında hesabat;
  • Maliyyə Hesabatlarına dair qeydlər.

Uçot sahələrinin autsorsingi

  • Maddi qiymətlilərin uçotu (əsas vəsaitlər və s.)
  • İnventarizasiyanın aparılması
  • İşçilərin əmək haqqının və sair ödənişlərinin hesablanması;
  • Fiziki şəxslərin gəlirlərinə vergilərin hesablanması;
  • Pensiya fonduna köçürmələrin hesablanaması;
  • Vergi bəyannamələrinin və hesabatların tərtibatı.

Uçotun metodiki müşaiyəti

Mühasibat və vergi uçotunun təşkili

  • Mühasibat uçotu məqsədləri üçün vahid hesablar planının və uçot siyasətinin formalaşdırılması;
  • Müəssisənin sənəd dövriyyəsi sisteminin formalaşdırılması;
  • Vahid təsərrüfat əməliyyatları siyahısının hazırlanması;
  • Daxili normativ sənədlərinin hazırlanması (vəzifə təlimatları,reglamentlər və s.).

Büdcələşdirmə sistemininin təşkili

  • Büdcələşdirmə sistemininin konsepsiyasının hazırlanması;
  • Büdcə modelinin formalaşdırılması: büdcələrin tərkibinin və strukturunun, göstəricilərin hesablanma metodlarının vəicraçıların əlaqələndirmə reqlamentlərinin uzlaşdırılmasının müəyyən edilməsi;
  • Büdcə formalarının plan göstəricilərinin formalaşdırma metodikasının hazırlanması;
  • Büdcələşdirmə sistemininin biznes-proseslərinin təsviri;
  • Müşaiyətedici sənədlərin hazırlanması: reqlamentlərin,istifadəçi təlimatları, əsasnamələr və s.

  İnvestorlar üçün maliyyə nəzarəti

  Maliyyə sənədləri əsasında investisiya layihələrinin həyata keçirilməsi haqqında maliyyə monitoringi üzrə xidmətlərin yerinə yetirilməsi və investorlara razılaşdırılmış Reqlament çərçivəsində tələb olunan hesabatların təqdim olunması.

 

 

Mütəxəssisə müraciət et

Məsləhətçilərin xidmətlərindən niyə istifadə olunur?

Məsləhətçilər təşkilatda müəyyən problemləri uğurla həll etməyə qadir olan şəxslər çatışmadıqda dəvət oluna bilər.Bundan ötrü çox zaman məsləhətçinin, bir qayda olaraq, çoxundan daha yaxşı bələd olduğu xüsusi metod və üsullar lazımdır.

Bəzən təşkilatda zəruri vərdişlər və ixtisas olsa da, onun sahibləri və top-menecment yaranmış problem üzərində dərin və davamlı iş üçün sərbəst imkana malik olmur.

Hətta təşkilatdakı ən yaxşı adamlara belə şəxsi əlaqələr və mövcud ənənələr və dəyərlər çox güclü təsir göstərə bilər, bu da problemi olduğu kimi görməyə mane olur. Bir qayda olaraq, məsləhətçi sifarişçi təşkilatdan asılı olmur və onun daxili qarşılıqlı münasibətlərinə məruz qalmır. Təşkilatın üzvləri obyektiv olmadıqda o, kənardan təzə baxış təqdim edə və qərəzsiz qala bilir.

Məsləhətçinin işinin təlim səmərəsi ən vacibdir.Məsləhətçinin vəzifəsi təşkilata yeni biliklər və təcrübə gətirmək və menecerlərə və əməkdaşlara öz təcrübəsi əsasında öyrənməkdə kömək göstərməkdir. O, təşkilata öz-özünə kömək etməkdə kömək göstərir.