Baş ofis (+99412) 5108665

Şəfayət Mehdiyev küç, 559-cu məhəllə,B/17

09.00-19.00 Bazar ertəsi – şənbə

image

Əmlak məsələləri üzrə konsaltinq

Daşınmaz əmlakın konsaltinqi

Daşınmaz əmlakın konsaltinqi daşınmaz əmlak obyektlərinin əldə edilməsi, idarə olunması, inkişaf etdirilməsi və satışı məsələləri üzrə xidmətlərin geniş spektridir. ““MBA CONSULTING GROUP”  şirkətinin konsaltinq sahəsində mühüm rəqabət üstünlüyü bütün daşınmaz əmlak tipləri ilə geniş iş təcrübəsidir. ““MBA CONSULTING GROUP”  şirkətinin mütəxəssisləri tikinti və memarlıq, marketinq, dəyər mühəndisliyi və texniki nəzarət, habelə hüquqi müşayiət sahələrində etibarlı tərəfdaşlara malikdir. ““MBA CONSULTING GROUP”  şirkəti böyük layihələrlə iş təcrübəsinə malikldir, bu da qoyulmuş vəzifələri maksimum səmərəli şəkildə həll etməyə imkan verir və hətta ən mürəkkəb və qeyri-standart vəziyyətlərdə nəticənin əldə olunmasını təmin edir.     

““MBA CONSULTING GROUP” şirkəti daşınmaz əmlakın konsaltinqi sahəsində həm profil, həm də qeyri-profil daşınmaz əmlak obyektlərinin kompleks idarə olunmasını təklif edir, o cümlədən:

  • ekspress-təhlil;
  • aktivin inkişaf konsepsiyasının işlənib hazırlanması;
  • layihənin müşayiət edilməsi;
  • daşınmaz əmlak obyektinin idarə olunması;
  • daşınmaz əmlak obyektinin satışı.

Ekspress-təhlil

Ekspress-təhlil daşınmaz əmlak obyektinin, yaxud daşınmaz əmlak obyektinə investisiya qoyuluşu üzrə kommersiya təklifinin təhlili üçün nəzərdə tutulmuşdur, bu isə qısa müddətdə və kiçik maliyyə məsrəfləri ilə aktivin əldə edilməsinin məqsədəuyğunluğunu qiymətləndirməyə, ondan ən səmərəli şəkildə istifadə olunmasını və bazar dəyərinin mümkün diapazonunu müəyyən etməyə, habelə aktivin inkişaf etdirilməsi, yaxud əqd bağlanması üçün zəruri işlər planını formalaşdırmağa imkan verir.   

Marketinq təhlili

““MBA CONSULTING GROUP”  şirkətinin mütəxəssisləri müasir analitik metodikaların köməyi ilə bazarların keyfiyyət və kəmiyyət tədqiqatlarını aparırlar.Bu, qərarların qəbul edilməsi zamanı riskləri xeyli aşağı salır və müştərilərə biznes proseslərini optimallaşdırmağa imkan yaradır.    

Marketinq tədqiqatları, xarici  (STEP) və daxili (SWOT) mühitin təhlili və monitorinqi xüsusilə cari iqtisadi qeyri-müəyyənlik şəraitində hər hansı şirkətin inkişaf strategiyasının ən mühüm elementidir.”MBA CONSULTING GROUP” mütəxəssisləri Sizin şirkətinizə bazarı ətraflı surətdə öyrənməkdə və rəqabət qabiliyyətli marketinq konsepsiyası işləyib hazırlamaqda kömək göstərəcək.     

Aktivin inkişaf konsepsiyasının işlənib hazırlanması

Aktivin inkişaf konsepsiyasının işlənib hazırlanması obyektdən ən səmərəli istifadənin təhlilini, daşınmaz əmlakın müvafiq seqmentlərinin və iqtisadiyyat sahələrinin marketinq təhlilini,  tikinti konsepsiyasının formalaşdırılmasını, layihənin gəlir hissəsinin hesablanmasını və layihənin reallaşdırılmasından əldə olunacaq gəlirlərin proqnozlaşdırılmasını, işlərin icrası qrafiklərinin tərtib edilməsini və s. əhatə edən xidmətlərin kompleks paketindən ibarətdir. İşlənib hazırlanan aktivin inkişaf konsepsiyası mahiyyət etibarilə investora layihəni addım-addım həyata keçirmək imkanı verir, layihə ilə bağlı bütün riskləri, xərcləri və gəlirləri təsvir edir. Bu zaman mümkün risklərin azaldılması üçün “MBA CONSULTING GROUP” şirkəti kapitalın strukturunun dəyişdirilməsi (o cümlədən borc hesabına ehtiyatların cəlb edilməsi) variantlarının işlənilməsini, habelə zərurət halında (daşınmaz əmlak bazarında tələb və təklif balansının dəyişməsi, investisiya-tikinti fəaliyyəti sahəsində qanunvericiliyə dəyişikliklər edilməsi və s.) layihəyə düzəlişlər edilməsini təmin edir.    

Layihənin müşayiət edilməsi

Layihənin müşayiət edilməsi tikintiyə başlamaq üçün zəruri sənədlərin razılaşdırılmasından obyektin istismara verilməsinin təmin edilməsinə qədər layihənin bütün mərhələlərində “MBA CONSULTING GROUP” şirkətinin mütəxəssislərinin iştirakını, habelə tikintinin bu və ya digər mərhələlərinin yerinə yetirilməsinin keyfiyyətinə və müddətinə nəzarəti nəzərdə tutur.   

Layihənin müşayiət edilməsi aşağıdakı işləri əhatə edir:

  • hüquqi hazırlıq hissəsi;
  • (müştərək) investorun axtarışı (zəruri olduqda);
  • layihə-smeta sənədlərinə nəzarət;
  • tikintiyə/yenidənqurmaya texniki nəzarət;
  • brokeric;
  • obyektin istismara verilməsinə nəzarət.

Daşınmaz əmlak obyektinin idarə olunması

Daşınmaz əmlakın idarə olunması aşağıdakı xidmətlərin geniş kompleksini əhatə edir:

  • marketinqin idarə olunması (bazarda obyektin təqdimatı və reklam kampaniyalarının aparılması);
  • əməliyyat xərclərinin idarə olunması (istismar xərcləri və kommunal xərclər)
  • icarədarlara nəzarət (icarəyə vermə, müqavilələrin icrası, vaxtında ödənişə nəzarət, hesabatın mühasibə təhvil verilməsi) və s.

Daşınmaz əmlak obyektinin satışı

Daşınmaz əmlak obyektinin satışı satışqabağı hazırlığı və alıcı axtarışını                         (o cümlədən obyektin hərəkətinin marketinq konsepsiyasının işlənib hazırlanması, satış sisteminin formalaşdırılması, obyektin satışı və alıcıların mülkiyyəti kimi rəsmiləşdirilməsi üçün zəruri  hüquqi bazanın hazırlanması və s.), habelə əqdin müşayiət olunmasını və zərurət halında kredit təşkilatlarında obyektin bəyənilməsinə dəstəyi əhatə edir.        

.

Mütəxəssisə müraciət et

Məsləhətçilərin xidmətlərindən niyə istifadə olunur?

Məsləhətçilər təşkilatda müəyyən problemləri uğurla həll etməyə qadir olan şəxslər çatışmadıqda dəvət oluna bilər.Bundan ötrü çox zaman məsləhətçinin, bir qayda olaraq, çoxundan daha yaxşı bələd olduğu xüsusi metod və üsullar lazımdır.

Bəzən təşkilatda zəruri vərdişlər və ixtisas olsa da, onun sahibləri və top-menecment yaranmış problem üzərində dərin və davamlı iş üçün sərbəst imkana malik olmur.

Hətta təşkilatdakı ən yaxşı adamlara belə şəxsi əlaqələr və mövcud ənənələr və dəyərlər çox güclü təsir göstərə bilər, bu da problemi olduğu kimi görməyə mane olur. Bir qayda olaraq, məsləhətçi sifarişçi təşkilatdan asılı olmur və onun daxili qarşılıqlı münasibətlərinə məruz qalmır. Təşkilatın üzvləri obyektiv olmadıqda o, kənardan təzə baxış təqdim edə və qərəzsiz qala bilir.

Məsləhətçinin işinin təlim səmərəsi ən vacibdir.Məsləhətçinin vəzifəsi təşkilata yeni biliklər və təcrübə gətirmək və menecerlərə və əməkdaşlara öz təcrübəsi əsasında öyrənməkdə kömək göstərməkdir. O, təşkilata öz-özünə kömək etməkdə kömək göstərir.