Baş ofis (+99412) 5108665

Şəfayət Mehdiyev küç, 559-cu məhəllə,B/17

09.00-19.00 Bazar ertəsi – şənbə

image

Hüquqi məsləhət

Hüquqi konsaltinq

Hüquqi konsaltinq çərçivəsində təsərrüfat fəaliyyətinə, ayrı-ayrı əqdlərə, əməliyyatlara hüquqi xidmət üzrə xidmətlərin tam spektri, məhkəmə mübahisəsinə məhkəmə/arbitraj baxışında müşayiət etmə təqdim olunur. 

Biznesin yenidən strukturlaşdırılması üzrə, yaxud müvafiq idarəetmə qərarının hazırlanması çərçivəsində əqd bağlanması halında layihənin, yaxud hüquqi şəxsin kompleks hüquqi tədqiqi (Legal Due Diligence) həyata keçirilir.

Tədqiqatın həcmi Sifarişçi ilə razılaşdırılır və fəaliyyətin aşağıdakı aspektlərini və isstiqamətlərini əhatə edir:

  • daşınmaz əmlakla əqdlər;
  • təsərrüfat cəmiyyətlərinin səhmləri/payları ilə əqdlər;
  • qeyri-maddi aktivlərə olan hüquqlar;
  • idarəetmə qərarlarının əsaslandırılması (korporativ idarəetmə);
  • əmək qanunvericiliyi tələblərinə riayət olunması;
  • istehsal müəssisələrinin fəaliyyətinin hüquqi tənzimlənməsi (sertifikatlaşdırma, sanitariya-müdafiə, müdafiə zonaları, digər);
  • antiinhisar qanunvericiliyi normalarına riayət olunması.

Mübahisəyə məhkəmə/arbitraj baxışında müşayiət etmə mövqeyin hazırlanmasını və əsaslandırılmasını, mübahisənin məhkəməyəqədərki tənzimlənməsini, iddia ərizəsinin verilməsini və birinci və sonrakı instansiyalarda Sifarişçinin mənafelərinin təmsil olunmasını əhatə edir.     

Şirkətin mütəxəssisləri aşağıdakı kateqoriyalara aid işlər üzrə mühüm təcrübəyə və arbitraj praktikasına malikdir:

  • tikinti və layihə-konstruktor işlərinin yerinə yetirilməsi çərçivəsində mübahisələrə baxılması;
  • əsassız zənginləşmənin tutulması;
  • torpaq sahələrinin, əsaslı tikinti obyektlərinin kadastr dəyərinin mübahisələndirilməsi;
  • tənzimləmə (tarif, antiinhisar, digər tənzimləmə), qeydiyyat (daşınmaz əmlak, kadastr uçotu) orqanlarının hərəkətlərinin mübahisələndirilməsi.

Mütəxəssisə müraciət et

Məsləhətçilərin xidmətlərindən niyə istifadə olunur?

Məsləhətçilər təşkilatda müəyyən problemləri uğurla həll etməyə qadir olan şəxslər çatışmadıqda dəvət oluna bilər.Bundan ötrü çox zaman məsləhətçinin, bir qayda olaraq, çoxundan daha yaxşı bələd olduğu xüsusi metod və üsullar lazımdır.

Bəzən təşkilatda zəruri vərdişlər və ixtisas olsa da, onun sahibləri və top-menecment yaranmış problem üzərində dərin və davamlı iş üçün sərbəst imkana malik olmur.

Hətta təşkilatdakı ən yaxşı adamlara belə şəxsi əlaqələr və mövcud ənənələr və dəyərlər çox güclü təsir göstərə bilər, bu da problemi olduğu kimi görməyə mane olur. Bir qayda olaraq, məsləhətçi sifarişçi təşkilatdan asılı olmur və onun daxili qarşılıqlı münasibətlərinə məruz qalmır. Təşkilatın üzvləri obyektiv olmadıqda o, kənardan təzə baxış təqdim edə və qərəzsiz qala bilir.

Məsləhətçinin işinin təlim səmərəsi ən vacibdir.Məsləhətçinin vəzifəsi təşkilata yeni biliklər və təcrübə gətirmək və menecerlərə və əməkdaşlara öz təcrübəsi əsasında öyrənməkdə kömək göstərməkdir. O, təşkilata öz-özünə kömək etməkdə kömək göstərir.