Baş ofis (+99412) 5108665

Şəfayət Mehdiyev küç, 559-cu məhəllə,B/17

09.00-19.00 Bazar ertəsi – şənbə

image

Maliyyə və iqtisadiyyat üzrə

Maliyyə-iqtisadi konsaltinq

Konsaltinq şöbəsi investisiyaların cəlb edilməsi, korporativ hərəkətlərin əsaslandırılması, əmlak mübahisələri çərçivəsində məsləhətvermə vəzifələrinin həlli, habelə müştərilərimizə digər maliyyə-iqtisadi, analitik və investisiya dəstəyinin göstərilməsi üzrə bölmə kimi yaradılmışdır.

Biz aşağıdakı xidmətləri göstəririk:

  • Biznes-planların hazırlanması;
  • investisiya memorandumlarının yazılması;
  • texniki-iqtisadi əsaslandırma;
  • konsepsiyaların işlənib hazırlanması;
  • avtomatlaşdırılmış maliyyə modellərinin yaradılması;
  • investisiya layihələrinin ekspertizası;
  • birləşmə və daxiletmə məqsədləri üçün məsləhətvermə;
  • biznesin bölünməsi zamanı məsləhətvermə;
  • maliyyə-təsərrüfat fəaliyyətinin təhlili;
  • zərərin məbləğinin əsaslandırılması, real ziyanın və əldən çıxmış faydanın ekspertizası;
  • o cümlədən məhkəmə üçün maliyyə-iqtisadi və mühasibat ekspertizası;
  • Due Diligence;
  • investisiyaların cəlb edilməsi.

 

Mütəxəssisə müraciət et

Məsləhətçilərin xidmətlərindən niyə istifadə olunur?

Məsləhətçilər təşkilatda müəyyən problemləri uğurla həll etməyə qadir olan şəxslər çatışmadıqda dəvət oluna bilər.Bundan ötrü çox zaman məsləhətçinin, bir qayda olaraq, çoxundan daha yaxşı bələd olduğu xüsusi metod və üsullar lazımdır.

Bəzən təşkilatda zəruri vərdişlər və ixtisas olsa da, onun sahibləri və top-menecment yaranmış problem üzərində dərin və davamlı iş üçün sərbəst imkana malik olmur.

Hətta təşkilatdakı ən yaxşı adamlara belə şəxsi əlaqələr və mövcud ənənələr və dəyərlər çox güclü təsir göstərə bilər, bu da problemi olduğu kimi görməyə mane olur. Bir qayda olaraq, məsləhətçi sifarişçi təşkilatdan asılı olmur və onun daxili qarşılıqlı münasibətlərinə məruz qalmır. Təşkilatın üzvləri obyektiv olmadıqda o, kənardan təzə baxış təqdim edə və qərəzsiz qala bilir.

Məsləhətçinin işinin təlim səmərəsi ən vacibdir.Məsləhətçinin vəzifəsi təşkilata yeni biliklər və təcrübə gətirmək və menecerlərə və əməkdaşlara öz təcrübəsi əsasında öyrənməkdə kömək göstərməkdir. O, təşkilata öz-özünə kömək etməkdə kömək göstərir.