Baş ofis (+99412) 5108665

Şəfayət Mehdiyev küç, 559-cu məhəllə,B/17

09.00-19.00 Bazar ertəsi – şənbə

image

Bazar üzrə monitorinq

Bazarın monitorinqi. Daşınmaz əmlak bazarının analitikası. 

«MBA Consulting Group» Аnalitik Mərkəzi daşınmaz əmlak bazarının peşəkar iştirakçısı olaraq, aşağıdakı seqmentlərə dair müntəzəm aylıq hesabatlar nəşr edir:

  • çoxmənzilli yaşayış evləri
  • fərdi yaşayış evləri
  • ticarət-ofis daşınmaz əmlakı
  • istehsal-anbar daşınmaz əmlakı
  • kommersiya avtomobil təsərrüfatı obyektləri bazarı
  • torpaq bazarı

Analitik şöbənin mütəxəssisləri hər ay bazarın bütün seqmentlərinə aid daşınmaz əmlak obyektlərinin satışına və icarəsinə dair təkliflər haqqında məlumat toplayır, orta statistik qiymət göstəricilərini hesablayır və analitik formaları doldururlar.  

Daşınmaz əmlak bazarının inkişafının müxtəlif seqmentlər üzrə fasiləsiz monitorinqi analitik mərkəzin operativ işinin mühüm hissəsidir. Analitik hesabatlarda bazarın inkişafının cari mərhələsinin (tələb və təklifə dair məlumatlar, qiymətlərin və icarə haqqının dinamikası), seqmentin inkişafının aparıcı göstəricilərinin tədqiq edilən dövrdə dinamikasının, yeni layihələrin anonslarının      əks etdirilməsindən əlavə, əsas inkişaf qanunauyğunluqları və meylləri göstərilir.

Analitik Mərkəz tikinti bazarında rəqabət mühitini izləyərək, əsas rəqibləri, onların ixtisaslaşmasını, onların fəaliyyətinin həcm göstəricilərini müəyyən edir. Bizim müştərimiz həmişə geniş siyahıdan onun vəzifələrinə daha tam şəkildə uyğun gələn xidmətləri müstəqil surətdə seçə bilər.Beləliklə, hər bir sorğu üzrə həm təhlil haqqında hesabat şəklində, həm də bütün zəruri mərhələləri: tədqiqatları, konsaltinqi, marketinq irəliləyişini, brokerici və investisiya satışlarını əhatə edən kompleks biznes xidməti çərçivəsində daşınmaz əmlak bazarının analitikası mümkündür.          .

 

Mütəxəssisə müraciət et

Məsləhətçilərin xidmətlərindən niyə istifadə olunur?

Məsləhətçilər təşkilatda müəyyən problemləri uğurla həll etməyə qadir olan şəxslər çatışmadıqda dəvət oluna bilər.Bundan ötrü çox zaman məsləhətçinin, bir qayda olaraq, çoxundan daha yaxşı bələd olduğu xüsusi metod və üsullar lazımdır.

Bəzən təşkilatda zəruri vərdişlər və ixtisas olsa da, onun sahibləri və top-menecment yaranmış problem üzərində dərin və davamlı iş üçün sərbəst imkana malik olmur.

Hətta təşkilatdakı ən yaxşı adamlara belə şəxsi əlaqələr və mövcud ənənələr və dəyərlər çox güclü təsir göstərə bilər, bu da problemi olduğu kimi görməyə mane olur. Bir qayda olaraq, məsləhətçi sifarişçi təşkilatdan asılı olmur və onun daxili qarşılıqlı münasibətlərinə məruz qalmır. Təşkilatın üzvləri obyektiv olmadıqda o, kənardan təzə baxış təqdim edə və qərəzsiz qala bilir.

Məsləhətçinin işinin təlim səmərəsi ən vacibdir.Məsləhətçinin vəzifəsi təşkilata yeni biliklər və təcrübə gətirmək və menecerlərə və əməkdaşlara öz təcrübəsi əsasında öyrənməkdə kömək göstərməkdir. O, təşkilata öz-özünə kömək etməkdə kömək göstərir.