Baş ofis (+99412) 5108665

Şəfayət Mehdiyev küç, 559-cu məhəllə,B/17

09.00-19.00 Bazar ertəsi – şənbə

image

Tikinti layihələrinin inkişafı

MBA Consulting Group Azərbaycanda müştərilərinə həm kommersiya, həm də mənzil seqmentində daşınmaz əmlakın irəliləyişi üzrə marketinq xidmətlərinin tam kompleksini təqdim edən azsaylı peşəkar şirkətlərdən biridir.Biz marketinq auditindən, marketinq strategiyasının işlənib hazırlanmasından, onun reallaşdırılmasından görülmüş işin təhlilinə qədər layihənin bütün mərhələlərini əhatə edirik.

MBA Consulting Group şirkətində reklam və PR üzrə təcrübəli ekspertlər, uzun illərdən bəri daşınmaz əmlakın marketinqi və daşınmaz əmlak obyektlərinin irəliləyişi sahəsində ixtisaslaşmış  dizaynerlər, kopirayterlər çalışır. 

Daşınmaz əmlak üzrə məsləhətçilərlə eyni komandada iş bazarın hər bir seqmentində cari vəziyyət nəzərə alınmaqla layihələrin irəliləyişi konsepsiyalarını işləyib hazırlamağa imkan verir.Müxtəlif spesifikliyə malik obyektlər üçün marketinq kommunikasıyaları alətlərinin real səmərəliliyi nəzərə alınmaqla işlənib hazırlanmış marketinq tədbirləri konsepsiyası müştərilərimizə layihələri savadlı şəkildə təqdim etməyə və reklam büdcəsi barəsində  səmərəli surətdə sərəncam verməyə imkan yaradır.  

“Daşınmaz əmlakın marketinqi” seqmentində xidmətlərimiz:

  • Layihələrin irəliləyişi konsepsiyası.
  • Brendinq və brend-bukun işlənib  hazırlanması.
  • Marketinq kampaniyaları planının və büdcəsinin  işlənib hazırlanması.
  • Tenderlərin keçirilməsi, podratçıların işlərinin seçilməsi və əlaqələndirilməsi.
  • PR  tədbirləri kompleksinin təşkili.
  • Reklam-poliqrafiya məhsullarının dizaynı və istehsalı.
  • Podratçıların işinin əlaqələndirilməsi.

Mütəxəssisə müraciət et

Məsləhətçilərin xidmətlərindən niyə istifadə olunur?

Məsləhətçilər təşkilatda müəyyən problemləri uğurla həll etməyə qadir olan şəxslər çatışmadıqda dəvət oluna bilər.Bundan ötrü çox zaman məsləhətçinin, bir qayda olaraq, çoxundan daha yaxşı bələd olduğu xüsusi metod və üsullar lazımdır.

Bəzən təşkilatda zəruri vərdişlər və ixtisas olsa da, onun sahibləri və top-menecment yaranmış problem üzərində dərin və davamlı iş üçün sərbəst imkana malik olmur.

Hətta təşkilatdakı ən yaxşı adamlara belə şəxsi əlaqələr və mövcud ənənələr və dəyərlər çox güclü təsir göstərə bilər, bu da problemi olduğu kimi görməyə mane olur. Bir qayda olaraq, məsləhətçi sifarişçi təşkilatdan asılı olmur və onun daxili qarşılıqlı münasibətlərinə məruz qalmır. Təşkilatın üzvləri obyektiv olmadıqda o, kənardan təzə baxış təqdim edə və qərəzsiz qala bilir.

Məsləhətçinin işinin təlim səmərəsi ən vacibdir.Məsləhətçinin vəzifəsi təşkilata yeni biliklər və təcrübə gətirmək və menecerlərə və əməkdaşlara öz təcrübəsi əsasında öyrənməkdə kömək göstərməkdir. O, təşkilata öz-özünə kömək etməkdə kömək göstərir.