Baş ofis (+99412) 5108665

Şəfayət Mehdiyev küç, 559-cu məhəllə,B/17

09.00-19.00 Bazar ertəsi – şənbə

image

Banka girov məqsədi ilə qiymətləndirmə

Bankda girov qoyulması məqsədilə qiymətləndirmə

Girov məqsədilə qiymətləndirmə, qiymətləndirmə sahəsinin ayrıca bölməsi olub, müxtəlif bank strukturlarının qiymətləndirmə haqqında hesabatlara irəli sürdükləri spesifik tələb, tövsiyyə və metodologiyaların özünəməxsus məcmusuna malikdir.  Bizim vəzifəmiz Sifarişçi ilə operativ, həmahəng iş, qiymətləndirilən obyektlərin xüsusiyyətlərinin aşkar edilməsi, girov kütləsinin formalaşdırılmasına dair tövsiyyələrin verilməsi, nəticələrin razılaşdırılması və bank əməkdaşlarından müsbət rəy alınmasıdır.     

Ən böyük banklarla iş sahəsində toplanmış təcrübə Sifarişçi üçün məqbul müddətdə bankların bütün tələblərinə riayət olunmaqla keyfiyyətli hesabatların yerinə yetirilməsinə təkan verir.

Bizim fəaliyyət sahəmiz daşınmaz əmlakın müxtəlif seqmentlərinin qiymətləndirilməsidir:

  • yaşayış təyinatlı daşınmaz əmlak (mənzillər, şəhərkənarı daşınmaz əmlak);
  • kiçik biznes obyektləri (daxili binalar, kiçik sahəli torpaq sahələri);
  • kommersiya təyinatlı daşınmaz əmlak (TƏK, biznes mərkəzləri, istehsal müəssisələri, mehmanxana kompleksləri və s.);
  • əmlak kompleksləri (aqrar-sənaye və ağac emalı kompleksləri, əczaçılıq müəssisələri, liman obyektləri, gömrük terminalları və s.);
  • ixtisaslaşdırılmış obyektlər (qazanxanalar, körpülər, göllər və s.);
  • bankların problemli aktivləri, girov qoyulmuş əmlaka tələb hüquqları.

 

Mütəxəssisə müraciət et

Məsləhətçilərin xidmətlərindən niyə istifadə olunur?

Məsləhətçilər təşkilatda müəyyən problemləri uğurla həll etməyə qadir olan şəxslər çatışmadıqda dəvət oluna bilər.Bundan ötrü çox zaman məsləhətçinin, bir qayda olaraq, çoxundan daha yaxşı bələd olduğu xüsusi metod və üsullar lazımdır.

Bəzən təşkilatda zəruri vərdişlər və ixtisas olsa da, onun sahibləri və top-menecment yaranmış problem üzərində dərin və davamlı iş üçün sərbəst imkana malik olmur.

Hətta təşkilatdakı ən yaxşı adamlara belə şəxsi əlaqələr və mövcud ənənələr və dəyərlər çox güclü təsir göstərə bilər, bu da problemi olduğu kimi görməyə mane olur. Bir qayda olaraq, məsləhətçi sifarişçi təşkilatdan asılı olmur və onun daxili qarşılıqlı münasibətlərinə məruz qalmır. Təşkilatın üzvləri obyektiv olmadıqda o, kənardan təzə baxış təqdim edə və qərəzsiz qala bilir.

Məsləhətçinin işinin təlim səmərəsi ən vacibdir.Məsləhətçinin vəzifəsi təşkilata yeni biliklər və təcrübə gətirmək və menecerlərə və əməkdaşlara öz təcrübəsi əsasında öyrənməkdə kömək göstərməkdir. O, təşkilata öz-özünə kömək etməkdə kömək göstərir.