Baş ofis (+99412) 5108665

Şəfayət Mehdiyev küç, 559-cu məhəllə,B/17

09.00-19.00 Bazar ertəsi – şənbə

image

Təlimlər

Treninq və seminarlar Azərbaycan şirkətlərinin həyatının ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Heç şübhəsiz, bu, yalnız yeni biliklər əldə etmək üçün deyil, həm də treninqdə gələcək biznes tərəfdaşları ilə qarşılaşmaq, müxtəlif regionlardan olan həmkarları ilə aktual məsələləri müzakirə etmək, təcrübə mübadiləsi aparmaq üçün real fürsətdir.

MBA Consulting Group mütəxəssisləri iş müddətində təlim və konsaltinq sahəsində müəssisənin məqsədli göstəricilərinin yaxşılaşdırılmasına və idarəetmənin nəticəviliyinin yüksəldilməsinə təkan verən layihələr işləyib hazırlamış və gerçəkləşdirmişlər. Bir çox aparıcı şirkətin əməkdaşlarına təlim keçən təlimçilərimiz və məsləhətçilərimiz əməkdaşların potensialını görməyə və onu açmağa kömək göstərməyə, beləliklə, şirkətin inkişafına və müştərilərimizlə tərəfdaşlıq münasibətlərinin formalaşdırılmasına təkan verməyə qadirdir. 

MBA Consulting Group  aşağıdakı populyar istiqamətlər üzrə seminarlar təklif edir:

  • İnvestisiya təhlili
  • Şirkətlərin dəyərinin qiymətləndirilməsi
  • Biznesin qiymətləndirilməsi. Dəyər nədən asılıdır?
  • Daşınmaz əmlakın dəyərinin qiymətləndirilməsi
  • Girov əşyalarının qiymətləndirilməsi
  • Borcalan şirkətin maliyyə vəziyyətinin təhlili
  • İnvestisiyaların cəlb edilməsi
  • Layihənin dəyərinin qiymətləndirilməsi
  • Bazarın təhlilinin aktual metodikaları
  • Şirkətin dəyərinin idarə edilməsi
  • İnvestisiyalar və biznesin dəyərinin idarə edilməsi
  • İnvestisiya layihələrinin qiymətləndirilməsi: marketinq və maliyyə alətləri
  • Biznesdə proqnozlaşdırma və planlaşdırma
  • Vergilərin növləri və onların optimallaşdırılması ilə bağlı risklər
  • Tikinti və daşınmaz əmlak: mühasibat uçotu və vergiqoyma

Mütəxəssisə müraciət et

Məsləhətçilərin xidmətlərindən niyə istifadə olunur?

Məsləhətçilər təşkilatda müəyyən problemləri uğurla həll etməyə qadir olan şəxslər çatışmadıqda dəvət oluna bilər.Bundan ötrü çox zaman məsləhətçinin, bir qayda olaraq, çoxundan daha yaxşı bələd olduğu xüsusi metod və üsullar lazımdır.

Bəzən təşkilatda zəruri vərdişlər və ixtisas olsa da, onun sahibləri və top-menecment yaranmış problem üzərində dərin və davamlı iş üçün sərbəst imkana malik olmur.

Hətta təşkilatdakı ən yaxşı adamlara belə şəxsi əlaqələr və mövcud ənənələr və dəyərlər çox güclü təsir göstərə bilər, bu da problemi olduğu kimi görməyə mane olur. Bir qayda olaraq, məsləhətçi sifarişçi təşkilatdan asılı olmur və onun daxili qarşılıqlı münasibətlərinə məruz qalmır. Təşkilatın üzvləri obyektiv olmadıqda o, kənardan təzə baxış təqdim edə və qərəzsiz qala bilir.

Məsləhətçinin işinin təlim səmərəsi ən vacibdir.Məsləhətçinin vəzifəsi təşkilata yeni biliklər və təcrübə gətirmək və menecerlərə və əməkdaşlara öz təcrübəsi əsasında öyrənməkdə kömək göstərməkdir. O, təşkilata öz-özünə kömək etməkdə kömək göstərir.