Baş ofis (+99412) 5108665

Şəfayət Mehdiyev küç, 559-cu məhəllə,B/17

09.00-19.00 Bazar ertəsi – şənbə

image

Layihə üzrə konsaltinq

Layihə üzrə konsaltinq layihə fəaliyyətinin planlaşdırılması və müşayiət olunması (layihənin hazırlanması, reallaşdırılması, monitorinqi və onun nəticələrinin qiymətləndirilməsi) üzrə xidmətlər kompleksidir.Layihə konsaltinqi developmentin müxtəlif mərhələlərində ayrı-ayrı developer layihələri üçün göstərilir.    

Savadlı və səriştəli konsepsiyanın işlənib hazırlanması hər hansı uğurlu layihənin bünövrəsidir.

Analitik Mərkəz aşağıdakı xidmətləri göstərməyə hazırdır:

  • Best use (torpaq sahəsindən ən yaxşı və səmərəli şəkildə istifadənin təhlili)
  • Konsepsiyaların/layihələrin auditi və işlənib hazırlanması

Best use (torpaq sahəsindən ən yaxşı və səmərəli şəkildə istifadənin təhlili).

Analitik Mərkəz torpaq sahəsindən istifadənin ən səmərəli variantının aşkara çıxarılması üzrə kompleks işlər həyata keçirəcəkdir.Tədqiq edilən sahədə daşınmaz əmlak obyektinin tipi, format və zəruri həcmi haqqında əsaslandırılmış qərar veriləcəkdir.

  • Sahənin yerləşdiyi ərazinin potensialının təhlili və onun ehtiyatlarının keyfiyyəti
  • Daşınmaz əmlak bazarının müxtəlif seqmentlərinin təhlili
  • Hər bir bazarın tutumunu, potensial daxiletmənin həcmini müəyyən edirik
  • Ən səmərəli inkişaf strategiyası seçilir
  • Obyektin inkişaf konsepsiyasını işləyib hazırlayırıq
  • Bütün layihənin qiymət siyasətini işləyib hazırlayırıq
  • Sahədən/daşınmaz əmlak obyektindən ən perspektivli istifadə variantını seçirik

Konsepsiyaların/layihələrin auditi və işlənib hazırlanması

Mövcud konsepsiyanın auditi artıq işlənib hazırlanmış konsepsiyanın konseptual qərarların (funksional təyinat, tikintinin həcmi və növbəliliyi, obyektin zonalaşdırılması və meydançaların formatları) uyğunluğu baxımından təhlilidir. Konsepsiyanın auditinin əsas vəzifəsi müasir şəraitdə səmərəsiz olan köhnəlmiş qərarların aşkar edilməsidir.      

Konsepsiyanın/layihələrin auditi aşağıdakıları əhatə edir:

  • torpaq sahəsinin yerləşdiyi ərazinin/layihənin dəyərliliyinin təhlili
  • bazarın cari vəziyyətinin ekspress-təhlili
  • daşınmaz əmlak bazarının tədqiq edilən seqmentinin həcm göstəriciləri və onun əsas iştirakçıları
  • təklifin strukturu və daşınmaz əmlak bazarının tədqiq edilən seqmentinin orta qiymət göstəriciləri
  • tələbin qiymətləndirilməsi, potensial alıcının portreti
  • bazarın inkişafının əsas nəticələri və meylləri
  • layihənin rəqabət mühitinin təhlili
  • texniki audit (tikinti, layihələndirmə qərarları)
  • layihənin optimallaşdırılmasına yönəlmiş tövsiyyələrin işlənib hazırlanması
  • marketinq tövsiyyələri və satış strategiyası
  • konsepsiyanın/layihənin səmərəliliyinin maliyyə hesablaması

Konsepsiyanın/layihələrin işlənib hazırlanması aşağıdakıları əhatə edir:

 Daşınmaz əmlak obyektinin inkişaf konsepsiyası seçilmiş ən səmərəli seqmentin və daşınmaz əmlak obyektinin funksionallığının təhlili, habelə onun inkişaf etdirilməsinə, idarə olunmasına və reallaşdırılmasına dair tövsiyyətlərin işlənib hazırlanmasıdır.      

Tikinti layihəsinin konsepsiyasının işlənib hazırlanması mərhələli surətdə həyata keçirilir:

  • tikinti aparılacaq torpaq sahəsinin yerləşdiyi ərazinin təhlili (şəhər miqyasında yerləşməsi, sahənin fiziki xarakteristikaları, şəhərsalma reqlamentləri və məhdudiyyətləri, ətrafdakı tikililərin keyfiyyəti, nəqliyyat üçün əlçatanlıq, piyada axınları);     
  • daşınmaz əmlak bazarının təhlili (təklıif və tələbin həcminin dinamikasını, rəqib layihələri, daşınmaz əmlak obyektlərinin daxil edilməsinin həcmini, obyektlərin ekspozisiya müddətini təhlil edirik);
  • konseptual həll  (format və qiymət həddi baxımından sahədən istifadə variantı);
  • istehlak meyllərinin öyrənilməsi;
  • sahə və otaqlar baxımından optimal nisbətə dair tövsiyyələr, layihələndirmə qərarlarının xüsusiyyətləri, konstruktiv və memarlıq həlli, binaların optimal “oturması”;
  • iqtisadi səmərəliliyin təhlili: maliyyə modelinin işlənib hazırlanması, səmərəlilik göstəricilərinin hesablanması;
  • marketinq tövsiyyələri və müşayiət etmə. .

Biz həm yuxarıda sadalanan işlərin ayrı-ayrı bloklarını, həm də tikinti layihələrinin kompleks konsaltinq müşayiətini yerinə yetiririk. 

Mütəxəssisə müraciət et

Məsləhətçilərin xidmətlərindən niyə istifadə olunur?

Məsləhətçilər təşkilatda müəyyən problemləri uğurla həll etməyə qadir olan şəxslər çatışmadıqda dəvət oluna bilər.Bundan ötrü çox zaman məsləhətçinin, bir qayda olaraq, çoxundan daha yaxşı bələd olduğu xüsusi metod və üsullar lazımdır.

Bəzən təşkilatda zəruri vərdişlər və ixtisas olsa da, onun sahibləri və top-menecment yaranmış problem üzərində dərin və davamlı iş üçün sərbəst imkana malik olmur.

Hətta təşkilatdakı ən yaxşı adamlara belə şəxsi əlaqələr və mövcud ənənələr və dəyərlər çox güclü təsir göstərə bilər, bu da problemi olduğu kimi görməyə mane olur. Bir qayda olaraq, məsləhətçi sifarişçi təşkilatdan asılı olmur və onun daxili qarşılıqlı münasibətlərinə məruz qalmır. Təşkilatın üzvləri obyektiv olmadıqda o, kənardan təzə baxış təqdim edə və qərəzsiz qala bilir.

Məsləhətçinin işinin təlim səmərəsi ən vacibdir.Məsləhətçinin vəzifəsi təşkilata yeni biliklər və təcrübə gətirmək və menecerlərə və əməkdaşlara öz təcrübəsi əsasında öyrənməkdə kömək göstərməkdir. O, təşkilata öz-özünə kömək etməkdə kömək göstərir.