Baş ofis (+99412) 5108665

Şəfayət Mehdiyev küç, 559-cu məhəllə,B/17

09.00-19.00 Bazar ertəsi – şənbə

image

Strateji inkişaf üzrə konsaltinq

Strateji İnkişaf Üzrə Konsaltinq  

Azərbaycanda daşınmaz əmlak bazarı haqqında statistikanı minlərlə şirkət dərc etsə də, keyfiyyətli strateji konsaltinqi bir neçə şirkət təqdim edir.

Daşınmaz əmlakın strateji konsaltinqi, ilk növbədə, obyektlərin seçilməsi, investisiya həcminin müəyyən edilməsi, obyektlərin idarə olunması, aktivlərin satışı və s. ilə bağlı məsələlərin həllində investorlara, developerlərə və icarədarlara yönəlmiş xidmətlər kompleksidir.    

Analitik Mərkəzimiz strateji konsaltinq sahəsində xidmətlərin tam kompleksini təqdim edir:  

  • Ərazilərin marketinqi
  • Coğrafi marketinq
  • Amillərin təhlili və proqnozlaşdırma

Keyfiyyətli təhlil sayəsində müştərilərimiz bir sıra mühüm üstünlüklər əldə edirlər:

  • layihənin risklərinin minimuma endirilməsi;
  • maliyyə göstəricilərinin artırılması;
  • layihənin bazarda rəqabət qabiliyyətinin təmin edilməsi.

Ərazilərin marketinqi

İnvestorlar daim əlverişli yatırım üçün investisiya layihələrinin axtarışının həyata keçiriləcəyi bazarın seçilməsi vəzifəsi ilə qarşılaşırlar.   

İnvestisiya layihələrinin maliyyə uğurunun mühüm şərti daşınmaz əmlak bazarının ətraflı marketinq araşdırmalarıdır.

Daşınmaz əmlak bazarının təhlili həmişə Sifarişçinin məqsədləri nəzərə alınmaqla aparılır. 

MBA Consulting Group mütəxəssislərinin ərazilərin marketinqinə yanaşmasının əsas mahiyyəti sosial-iqtisadi inkişaf səviyyəsini və daşınmaz əmlak bazarının (müxtəlif sektor və seqmentlərinin) inkişaf səviyyəsini və inzibati ehtiyatları qiymətləndirməyə imkan verəcək göstərici bloklarının seçilməsindən və formalaşdırılmasından ibarətdir.Bu yanaşma qiymətləndirilən ərazidə işin mümkün variantları ilə bağlı münasibət formalaşdırmağa imkan verir.        

Marketinq tədqiqatları aşağıdakıları əhatə edə bilər:

  • Təklifin həcminin tədqiqi, onun strukturu;
  • Məqsədli bazarda qiymətlərin vəziyyətinin tədqiqi;
  • Məqsədli daşınmaz əmlak bazarının tutumunun və həcminin tədqiqi;
  • Daşınmaz əmlak bazarının inkişaf meylinin tədqiqi,  daşınmaz əmlak bazarının əsas inkişaf istiqamətləri, proqnoz göstəriciləri;
  • İstehlak tələbinin xüsusiyyətləri, tələbin həcmi;
  • Ərazinin sosial-iqtisadi vəziyyətinin qiymətləndirilməsi;
  • Əsas oyunçuların çeşid və satış siyasəti;
  • Əsas oyunçuların reklam siyasəti;
  • Daşınmaz əmlak bazarının problemli zonaları və perspektivli istiqamətləri və s. 

Rəqabətin artması, yeni tikinti texnologiyalarının tətbiqi baxımından tikinti kompleksinin inkişafı şəraitində istehlak meyllərinin daimi monitorinqi vacibdir.Analitik Mərkəz ilkin mənzil bazarında daşınmaz əmlakın satışını: potensial və real tələbin (daxil etmənin) həcmini, onların nisbətini  izləyir (pərakəndə tələbin monitorinqi və təhlili).     

İpoteka kreditləşdirməsinin həcmi və bazarın müxtəlif seqmentlərində təmsil olunmuş daşınmaz əmlak obyektləri ilə müqayisədə müxtəlif investisiya qoyuluşu alətlərinin gəlirliliyi kimi göstəricilərə böyük diqqət yetirilir (investisiya tələbinin monitorinqi və təhlili).        

Qeyd olunan və digər göstəricilərin məcmusu və onların təhlili bizə ərazinin, investisiya layihəsinin məqsədəuyğunluğu barəsində əsas nəticələri və tövsiyyələri əhatə edən kompleks marketinq tədqiqatını hazırlamağa imkan verir.

MBA Consulting Group mütəxəssislərinin ərazilərin marketinqinə yanaşmasının əsas mahiyyəti sosial-iqtisadi inkişaf səviyyəsini və daşınmaz əmlak bazarının (müxtəlif sektor və seqmentlərinin) inkişaf səviyyəsini və inzibati ehtiyatları qiymətləndirməyə imkan verəcək göstərici bloklarının seçilməsindən və formalaşdırılmasından ibarətdir.Bu yanaşma qiymətləndirilən ərazidə işin mümkün variantları ilə bağlı münasibət formalaşdırmağa imkan verir.

Azərbaycanın bütün şəhərləri bizim təhlil sahəmizə daxildir

Daşınmaz əmlak bazarının tədqiqi aşağıdakılar haqqında mühakimə yürütməyə imkan verir: 

  • rentabellilik;
  • öz xərcini çıxarma;
  • daşınmaz əmlak bazarının bu və ya digər seqmentində layihə həyata keçirilərkən mümkün risklər.

Coğrafi marketinq

Coğrafi marketinq tədqiqatı marketinq tədqiqatının tədqiq edilən obyektin xarici və daxili coğrafi-məkan (coğrafi məzmunlu) göstəricilərini, o cümlədən infrastrukturu və rəqabət mühitini təhlil etməyə imkan verən formasıdır.   

Coğrafi marketinq tədqiqatları təhlil edilən ərazi/obyekt barəsində xarici və daxili sosial-iqtisadi informasiya cəlb olunmaqla coğrafi informasiya sistemlərindən (CİS) istifadə olunmaqla yerinə yetirilir.   

Coğrafi marketinq tədqiqatlarının istifadə olunan metodları:

  • hər hansı obyektlər (rəqiblər, istehlakçılar, tədarükçülər və s.) barəsində vəziyyətin təhlili,
  • əlçatanlığın təhlili (piyada, avtomobillə və s.),
  • kəmiyyət dəyişənləri (piyadaların, avtomobillərin və s. sayı).

Coğrafi informasiya metodlarından başqa, müxtəlif məkanları əhatə edən ərazilərin demoqrafik, sosial-iqtisadi və fiziki-coğrafi xarakteristikaları əhəmiyyətlidir. 

Amillərin təhlili və proqnozlaşdırma

Daşınmaz əmlak bazarının inkişaf mərhələsinin və təşəkkül tapmış meyllərin, habelə tələb və təklifə, son nəticədə isə qiymətlərə təsir göstərən amillərin aşkar edilməsi üçün MBA Consulting Group aşağıdakı üç səviyyədə aparılan fundamental təhlildən istifadə edir:makroiqtisadi (ölkə səviyyəsində), mezoiqtisadi (region səviyyəsində), mikroiqtisadi (daşınmaz əmlak obyekti səviyyəsində).      

Analitik Mərkəz daşınmaz əmlak bazarında tələb və təklifin və son nəticədə qiymətin artmasına, yaxud azalmasına təsir göstərən əsas göstəricilərin müntəzəm təhlilini nəzərdə tutan özünəməxsus çoxsəviyyəli amillər modelini işləyib hazırlamışdır. Biz üç səviyyədə aparılan fundamental təhlildən istifadə edirik: makroiqtisadi (ölkə səviyyəsində), mezoiqtisadi (region səviyyəsində), mikroiqtisadi (daşınmaz əmlak obyekti səviyyəsində).     

  Modelin fərqləndirici xüsusiyyəti bundan ibarətdir ki, o, hər bir amilin təsir dərəcəsini ekspert qiymətləndirməsi əsasında 1-dən 3-dək olan şkala üzrə qiymətləndirməyə imkan verir.     

Analitik Mərkəz bazarın əsas göstəricilərinin uzunmüddətli proqnozlaşdırılması vasitəsilə Tikinti layihələrinin inkişaf strategiyasının işlənib hazırlanmasında fəal iştirak edir.     

Mərkəz daşınmaz əmlak bazarının konsepsiyaların savadlı şəkildə qurulması üçün zəruri olan seqmentlərinin geniş spektri üzrə retrospektiv monitorinq məlumatlarının güclü “təbəqə”sinə malikdir.    

Biz bazarın cari vəziyyəti və inkişaf perspektivləri haqqında aktual, vaxtında, tam informasiya verilməsini təmin edirik. Şəhərlərdə hər bir “meydança” torpaq sahəsinin formalaşması anından başlayaraq investisiya layihəsi başa çatdırılana qədər onun ekspozisiya müddəti qiymətləndirilməklə fasiləsiz monitorinqə məruz qalır.        

İcazə sənədləri bazasının, tikinti üçün torpaq sahələrinin, region ərazisində yeni tikinti obyektlərinin tam bazasına əlavə olaraq eskiz layihələrinin formalaşdırılması konkret sahənin inkişaf perspektivlərinin hərtərəfli anlayışını əldə etməyə və bu informasiyanı Sifarişçiyə təqdim etməyə imkan verir.      

Daşınmaz əmlak bazarının proqnozlaşdırılması fundamental və texniki təhlilin uzlaşdırılması əsasında qurulur.Fundamental təhlil bazarın cari inkişaf mərhələsini, qiymət əmələ gətirən amilləri və onların qiymətlərin səviyyəsinə təsir dərəcəsini, habelə bazarın gələcək inkişafını şərtləndirən formalaşmış meylləri müəyyən etməyə imkan verir.

    MBA Consulting Group Analitik Mərkəzində proqnozlaşdırılan  daşınmaz əmlak bazarının göstəriciləri:

  • daşınmaz əmlak təklifinin orta qiyməti (azn./kv.m);
  • istismara verilən daşınmaz əmlakın həcmi (əd., min kv.m.);
  • daşınmaz əmlak təklifinin həcmi (əd., min kv.m.);
  • daşınmaz əmlak satışının həcmi (əd. əqd, min kv.m., azn.);
  • daşınmaz əmlak tələbinin həcmi (əd., min kv.m.).

Azərbaycan iqtisadiyyatında qeyri-müəyyənlik amili nəzərə alınmaqla ssenari metodundan istifadə olunur.

Mütəxəssisə müraciət et

Məsləhətçilərin xidmətlərindən niyə istifadə olunur?

Məsləhətçilər təşkilatda müəyyən problemləri uğurla həll etməyə qadir olan şəxslər çatışmadıqda dəvət oluna bilər.Bundan ötrü çox zaman məsləhətçinin, bir qayda olaraq, çoxundan daha yaxşı bələd olduğu xüsusi metod və üsullar lazımdır.

Bəzən təşkilatda zəruri vərdişlər və ixtisas olsa da, onun sahibləri və top-menecment yaranmış problem üzərində dərin və davamlı iş üçün sərbəst imkana malik olmur.

Hətta təşkilatdakı ən yaxşı adamlara belə şəxsi əlaqələr və mövcud ənənələr və dəyərlər çox güclü təsir göstərə bilər, bu da problemi olduğu kimi görməyə mane olur. Bir qayda olaraq, məsləhətçi sifarişçi təşkilatdan asılı olmur və onun daxili qarşılıqlı münasibətlərinə məruz qalmır. Təşkilatın üzvləri obyektiv olmadıqda o, kənardan təzə baxış təqdim edə və qərəzsiz qala bilir.

Məsləhətçinin işinin təlim səmərəsi ən vacibdir.Məsləhətçinin vəzifəsi təşkilata yeni biliklər və təcrübə gətirmək və menecerlərə və əməkdaşlara öz təcrübəsi əsasında öyrənməkdə kömək göstərməkdir. O, təşkilata öz-özünə kömək etməkdə kömək göstərir.