search-1.png

17 İLLİK İNKİŞAF VƏ UĞUR

Haqqımızda

  • >
  • Haqqımızda

15 ildən çoxdur ki, peşəkar komandası ilə bilik və təcrübələrini müştərilərinə təqdim edən “MBA Consulting Group” MMC iqtisadiyyatın müxtəlif sahələri üzrə konsaltinq və marketinq xidməti göstərir. Şirkətimizin audit, vergi və hüquq, konsaltinq, mühasibatlıq, qiymətləndirmə və digər peşəkar sahələrdə bacarıqlı və təcrübəli işçi heyəti vardır. “MBA Consulting Group” MMC ilk fəaliyyətə başladığı zamanlarda əməkdaşlıq etdiyi şirkətlərə günümüzdə də kompleks şəkildə xidmət göstərir və göstərdiyi xidmətləri ilə Azərbaycanda ən tanınmış brend şirkətlərin etibarını qazanmışdır. Bütün görülən işlərin ən yüksək səviyyədə olmasını təmin etmək üçün şirkətimiz və layihə heyətimiz geniş idarəçilik prosedurlarına sahibdir. Biz həmçinin TEGoVA (The European Group of Valuers Associations), İRV (İnternational Realty Valuation, İnc), İVSC (The İnternational Valuations Standards Council) və digər nüfuzlu təşkilatların üzvüyük.

Şirkət rəhbərliyinin korporativ idarəçilik prinsiplərinə verdiyi önəm nəticəsində şirkət  17 mart 2014-cü ildən  İSO 9001:2000 beynəlxalq keyfiyyət sertifikatına layiq görülmüş və təklif etdiyi xidmətlərin tam beynəlxalq standartlara cavab verməsini təmin etmişdir.

Şirkətin göstərdiyi xidmətlər

  1. İqtisadi təhlil və bazar araşdırmaları üzrə konsaltinq

“MBA Consulting Group” MMC 2008-ci ildə fəaliyyətə başladığı dövrdən etibarən əsas hədəfi yerli və xarici şirkətləri, təşkilatları marketinq, sosial və iqtisadi araşdırmalar, iqtisadi islahatlar üzrə tədqiqat, iqtisadiyyatın müxtəlif seqmentləri üzrə xüsusi bazar araşdırmaları sahəsində yüksək keyfiyyətli xidmətlərlə təmin etməkdədir. Şirkət müxtəlif sahələrdə fəaliyyət göstərməklə əldə etdiyi geniş biliklər və nou-xau, peşəkar heyət və müasir avadanlıqlar ona öz rəqibləri arasında fərqlənməyə imkan verir.

  1. Biznesin inkişafı üzrə konsaltinq (Biznes planların hazırlanması)

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən məsləhətçi təşkilatı adını almış “MBA Consulting Group” MMC biznesin təşkili, biznes planların hazırlanması, müəssisənin strateji inkişaf planının hazırlanması, risklərin təhlili və idarəedilməsi üzrə məsləhət xidmətləri göstərir.

  1. Daşınmaz əmlak bazarı üzrə marketinq və sorğuların aparılması

«MBA Consulting Group» Аnalitik Mərkəzi daşınmaz əmlak bazarının peşəkar iştirakçısı olaraq, aşağıdakı seqmentlərə dair müntəzəm aylıq hesabatlar nəşr edir:

  • çoxmənzilli yaşayış evləri
  • fərdi yaşayış evləri
  • ticarət-ofis daşınmaz əmlakı
  • istehsal-anbar daşınmaz əmlakı
  • kommersiya avtomobil təsərrüfatı obyektləri bazarı
  • torpaq bazarı

Analitik şöbənin mütəxəssisləri hər ay bazarın bütün seqmentlərinə aid daşınmaz əmlak obyektlərinin satışına və icarəsinə dair təkliflər haqqında məlumat toplayır, orta statistik qiymət göstəricilərini hesablayır və analitik formaları doldururlar.  

Daşınmaz əmlak bazarının inkişafının müxtəlif seqmentlər üzrə fasiləsiz monitorinqi analitik mərkəzin operativ işinin mühüm hissəsidir. Analitik hesabatlarda bazarın inkişafının cari mərhələsinin (tələb və təklifə dair məlumatlar, qiymətlərin və icarə haqqının dinamikası), seqmentin inkişafının aparıcı göstəricilərinin tədqiq edilən dövrdə dinamikasının, yeni layihələrin anonslarının      əks etdirilməsindən əlavə, əsas inkişaf qanunauyğunluqları və meylləri göstərilir.

Analitik Mərkəz tikinti bazarında rəqabət mühitini izləyərək, əsas rəqibləri, onların ixtisaslaşmasını, onların fəaliyyətinin həcm göstəricilərini müəyyən edir. Bizim müştərimiz həmişə geniş siyahıdan onun vəzifələrinə daha tam şəkildə uyğun gələn xidmətləri müstəqil surətdə seçə bilər. Beləliklə, hər bir sorğu üzrə həm təhlil haqqında hesabat şəklində, həm də bütün zəruri mərhələləri: tədqiqatları, konsaltinqi, marketinq irəliləyişini, brokerici və investisiya satışlarını əhatə edən kompleks biznes xidməti çərçivəsində daşınmaz əmlak bazarının analitikası mümkündür. 

  1. Qiymətləndirmə xidməti

Bizim bu sahədə xidmətlərin tam spektrinin təqdim edilməsi sahəsində ciddi təcrübəmiz mövcuddur. Şirkətimiz əmlakın (daşınmaz və daşınar) və biznesin qiymətləndirilməsi sahəsində Milli Qiymətləndirmə Standartlarına uyğun olaraq AR Mərkəzi Bank və AR Maliyyə Nazirliyində  akkreditə olunmuş və Reyestrə düşmüşdür.

 Şirkətimizin yaranmasından bu günə qədər 5 mindən artıq bu növ iş yerinə yetirilmişdir. Obyektlərin coğrafiyası Azərbaycanın bütün ərazisini, yaxın və uzaq xarici ölkələri əhatə edir.  

  • Qiymətli kağızların və Biznesin qiymətləndirilməsi
  • Daşınar və Daşınmaz Əmlakın qiymətləndirilməsi
  • Qeyri-maddi aktivlərin qiymətləndirilməsi
  • Dövlət ehtiyacları üçün əmlakın qiymətləndirilməsi
  1. Maliyyə-mühasibatlıq xidmətləri

Maliyyə və mühasibat sahəsində aşağıdakı xidmətləri təqdim edirik:

  • Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün maliyyə və mühasibat uçotunun aparılması xidmətləri;
  • Müştərinin fəaliyyət sahəsindən asılı olaraq, hansı vergi sisteminin tətbiqinin müştəri üçün daha əlverişli olmasının müəyyənləşdirilməsi;
  • Müştərinin nəzərdə tutduğu, habelə təsdiq edilmiş müqavilələr üzrə əldə etdiyi xidmət və ya satış layihələrinə görə ödəniləcək əmək haqqı, ƏDV, mənfəət və digər vergilərin məbləği barədə öncədən proqnoz məlumatlarının verilməsi;
  • Cari mühasibat işlərinin təqibi;
  • Müəssisənin illik maliyyə nəticələrinin analizi;
  • Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq, tətbiq olunan vergi sisteminə əsasən, müvafiq hesabatların hazırlanması;
  • Digər dövlət qurumlarına hesabatların hazırlanması və təqdim olunması;
  • Müəssisənin təsisçilərinin tələbinə uyğun olaraq, müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin analiz edilməsi və maliyyə vəziyyəti haqqında məlumatın hazırlanması;
  • İnvestisiya təşviq və tətbiqi sahələri üzrə məsləhət xidmətləri;
  1. Ekspertiza xidməti

“MBA Consulting Group” MMC müxtəlif ekspertiza növləri (tikinti-texniki, əmtəəşünaslıq, xətşünaslıq, sənədlərin texniki, psixoloji, torpaqşünaslıq, trasoloji, ballistik, avtotexniki (yol-nəqliyyat hadisələri) və iqtisad ekspertizası) üzrə meydana çıxan sualların araşdırılması istiqamətində məhkəmə eksperti ixtisası almış peşəkar ekspertlər tərəfindən elmi əsaslanmış tədqiqatlar aparılmaqla ekspert rəyləri tərtib edir. Həmin rəylərin əsaslı, obyektiv və rəqabət qabiliyyətli olmasına zəmanət verir.

Şirkətimiz obyektivlik, operativlik, yüksək keyfiyyət, neytral və rəqabətli mövqe ilə yanaşı, mübahisəli məsələlərin həlli və s. istiqamətlərdə məsləhətlər verməklə hüquqi yardım da göstərir.

Uğurla fəaliyyət göstərən Şirkətimizdə yerli və xarici tədris mərkəzlərində təhsil almış, Respublika Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində iş təcrübəsi olan və müvafiq sertifikatlara malik peşəkar ekspertlərimiz Sizin üçün zəruri olan məsələlər ətrafında elmi əsaslandırılmış ekspert rəyi tərtib edilməsində həmişə xidmətinizdədir.

Hazırda şirkətimizdə 5 məhkəmə ekspertizası növü üzrə obyektiv, insan və vətəndaş hüquqlarının qorunması prinsipləri əsasında aşağıdakı ekspertiza növləri aparılır:

  • Tikinti-texniki ekspertiza
  • Əmtəəşünaslıq ekspertizası
  • Mühasibatlıq ekspertizası
  • Tikililərə dəymiş ziyanın müəyyən edilməsi
  • Yol nəqliyyat hadisələrinin ekspertizası

Biz məhkəmə işləri ilə yanaşı, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məqsədləri üçün də ekspert və maliyyə konsultasiyası təqdim edirik. Ekspertiza sahəsində 6 ildən artıq təcrübəyə sahib olaraq biz bütün ekspertiza sahələri üzrə ən yaxşı mütəxəssislər vasitəsilə sizə daim dəstək göstərəcəyik.

Tərəfdaşlarımız

  • Azərbaycan Respublikası Mərkəzi Bankı
  • Dünya bankı
  • Bakı Banklararası Valyuta Birjası
  • Beynəlxalq Maliyyə Korporasiyası
  • İpoteka Fondu
  • Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti
  • Azərbaycan Sahibkarlar Konfederasiyası
  • Ölkədə fəaliyyət göstərən bir sıra kommersiya təşkilatları və bankları və s.

Şirkətin üzv olduğu peşəkar birliklər

            -Rieltorlar Assosiasiyası İB- həmtəsisçi və idarə heyətinin üzvü

            -Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti- idarə heyətinin üzvü

            -Azərbaycan Sahibkarlar Konfederasiyası

            -İpoteka Fondunun müvəkkil qiymətləndirici təşkilatı

Şirkətin regionlar üzrə nümayəndəlikləri:

  • Gəncə şəhəri
  • Yevlax şəhəri
  • Lənkəran şəhəri
  • Xaçmaz şəhəri

Kütləvi informasiya vasitələri ilə əlaqələr

  • şirkətə məxsusmbagroup.az daimi fəaliyyət göstərir
  • Trend agentliyi
  • Day az
  • APA agentliyi
  • Xəzər TV
  • İctimai TV
  • AzTV
  • Zerkalo qəzeti
  • Exo qəzeti
  • və s.

Daimi elektron və çap rubrikalarımız

  • Dаşınmаz əmlак bаzаrı (ümumi icmаl) –aylıq (azərbaycan və rus dillərində)
  • Bакı şəhəri təкrаr dаşınmаz əmlак bаzаrı- аylıq
  • Bакı şəhəri ilкin (yеni tiкililər) dаşınmаz əmlак bаzаrı – аylıq
  • Bакı şəhəri və ölkə tоrpаq bаzаrı – аylıq
  • Tiкinti mаtеriаllаrı bаzаrı – аylıq
  • Bакı şəhərində tiкilməкdə оlаn çохmərtəbəli yаşаyış binаlаrının stаtistiкаsı – rüblüк
  • Qеyri-yаşаyış sаhələri bаzаrı – aylıq

“MBA Consulting Group” MMC-nin müştərilərinin sayı, həm xarici, həm də yerli vətəndaşlar daxil olmaqla, neft və qaz, daşınmaz əmlak və tikinti, telekommunikasiya, texnologiya, nəqliyyat və yük daşımaları, maliyyə sektoru, turizm sahələrində 100-dən çoxdur. Biz öz peşəkar mütəxəssis komandamız ilə birlikdə müştərilərimiz üçün biznes mühitində inkişaf tendensiyasının artan xətt üzrə davam etməsinə daima dəstək olacayıq.